Alternatifim Cafe

Tahir Talibli

Discussion started on Sizden Gelenler

Allah vergisi

 Mənə elə gəlir ki, onunku oxumaq deyil. O nə isə ayrı bir işin adamıdı. Düzdü oxuduqları oxudu, hava-hapvacat üstədi. Bəlkə aldanmağımız da bunnan yanadı. O, sadəcə oxumur. Onun fərqli olmağı da elə bundadı. O, nəyisə bizlərə çatdırmaq istəyir, nəyisə deyir, nəsə bizlərin bilmədiyi bildikləri var. O bildikləri nədisə, elə sirri-xuda da odu.
 O, Qədir Rüstəmov olaraq yaşadığı ömrü uzunu bizlərə çox mətləbləri çatdırdı, çox sirrlər oxudu. Xoş anlamayanın halına.
 Böyük yazıçımız Muğannanın bir sözünnən tutub, bu təxminlərə bir aydınlıq gətirmək istəyirəm. Arxivimdə bu böyük insanla çap olunmamış müsahibələrim, söhbətlərim var, yazıları qaldırıb bir daha baxmaq istəmədim. Azıb ayrı yerrərə getməkdən qorxuram. Gətirəcəyim sitatı da yaddaşımda qoruduğum kimi deyirəm. Fikri təqribən belədi:
 “Dünya binnət olandan qövmümüz yerin-göyün sirlərinə açar sala-sala gəlib, yığıb-yığışdırdıqlarını doxsan altı cildlik külliyyatda toplayıb. “Vərəsə” adlı kitabxana yaradıb. Dünyanın mənəvi dəyərləri bu maddi yatırımlara yığılıb.
 Xalqların da fərdlər kimi özəl taleyi olur, görəcəklərini görür, yaşayır; dörə keçir, ömür qurtarır, gora köçür. Türk qövmü də belə bir tale yaşayıb. Yaşam davam eləyir, şükürlər olsun. Yığdıqları da çoxdu, yelə verdikləri də. Müharibələrdə, döyüşlərdə ən çox da itirdikləri kitablar olub. Düşmən ilk həmlədə yaddaşa təsir eləmək üçün mənəvi dünyamızı kor qoymaq fürsətini fövtə verməyib, kitablarımız yandırılıb, katabxanalar dağıdılıb. Muğannanın təbirincə desək doxsan altı cildlik “Vərəsə” yox edilib, sistemlə haqan gələn gələnəklər məhv edilib. Ama özümüzə gəldikcə, bir xalq kimi ayağa dura bildikcə ilk görəcəyimiz yaddaşımızı bərpa eləmək, yaddaşımızın alt qatlarında qalanları üzə çıxarmaq olub.
 Özünü tənzimləmə işi xalqın boyun borclarındandı. Dünyaya hər vergili gələnlərimiz, ulu-ulu ustadlarımız qanında-canında gətirdikləri ilə itənləri, itirilənləri bərpa eləməyə çalışıb. Deyir dama-dama göl olar. Sel kimi axıtdıqlarımızın yerini, ancaq damcı-damcı doldurmaq mümkün olur.
 Hər zaman xalq tanrıyla əlaqəli şəkildə yaşayır, yaradannan vəhy alır. Əks halda dünya qaranlıq cəngəllikdən savayı bir şeyə bənzəməzdi. Tanrı sirlərini, xalqa demək istədiklərini ayrı-ayrı fərdlərlə çatdırır. Bu iş peyğəmbərlərin, ulu ürfan şairlərin, sufi-dərviş mövlanələrin vasitəsi ilə görülür. Tanrıdan vergili ulu Nizami əbəs yerə demirdi ki, “Qabağa peyğəmbərlər, sonra şairlər gəldi”. Ürfan yüklü, sufikönül keçənlərimizin hamısına ulu yaradandan rəhmətlər diləyirik.
 Əslində doldurmaq istədiyimiz boşluqları yağışın, küləyin, suyun, havanın, tufanların, fəlakətlərin, zəlzələlərin, bir sözlə təbiətin, yerin-göyün dediklərindən də anlamaq mümkün olur, ama nə götürülüb, nə miqdar götürülüb, bu da xalqın gücü müqabilindədi.
 Qədirin səsi də, Tanrıdan gələn səslərdəniydi. Bizlərə demək istədiklərini dedi və çıxıb getdi.
 Mənim üçün Qədirin səsini başqa anlamda anlamaq mümkünatı yoxdu. Qədirin səsinin içi sirlərlə doluydu. Bizim başa düşdüyümüz qədərində sadəcə oxumaq deyildi.
 Son otuz ildən bəri yenə də məkrnən üz-üzəyik. Sonuncu kərə minilliklər boyu yaşadığımız, göbəyimiz kəsilən yurdlardan deportasiya olunmuşuq. Bir ovuc darı kimi səpələnmişik. Yurdlarımız düşmən əliylə quş yuvası kimi dağıdılıb. Bu yerdə 1989-cu ildə Qədirin səsinə yazdığım şeiri oxumaqdan özgə çarəm qalmır. Ürəyə damanlar başa gələrmiş. Qarşıdakı fəlakətlərin qaçılmazlığı mümkünmü?

 Oy, məni bu səsin qarğışı tutub
 Dikələ bilmirəm, belim əyildi.
 Yoxsa ki, bir qızın qarğışı tutub;
 İşim düz gətirmir iyirmi ildi.

 Bülbül fəryadımı, şir qəzəbimi?-
 Can qurtara bilmir qəfəsdən, Allah!
 De, durub çırpımmı özümü yerə,
 Psımmı özümü bu səsdən, Allah?!

 Kim qıyar canına, günah götürüb,
 Kim qıyar canına öz xoşluğuyla
 Bir qərib budağa pənah gətirib
 Dərdini oxuyur quş quşluğuyla.

 Yara işləyirsə, dərd hoylanıbsa
 Səsin nə günahı, allah bəndəsi?
 Mənim dərdlərimlə bir boydadısa,
 Bir buxundadısa, elə bilirsən

 Allah vergisidi Qədirin səsi.
 Nə deyim, nə deyim, nə deyim indi
 Bir verib, beş qırtıb, beş aparanlar
 Mənim gözlərimi yaş aparanda
 Nə çoxdu oxuyub baş aparanlar

 Ağız dinazından, söz dinazından
 Sən özün hifz elə mərdləri, tanrım!
 Bir yurd daşı üstə tənha, kimsəsiz
 Oturub ağlayan bir kor qocanın
 Allah vergisidi dərdləri, tanrım!

 Doğrudanmı dərdlərimiz Allah vergisidi, yoxsa özümüzün özümüzə elədikləridi?
 Qədir Rüstəmovla bir-iki xırda görüşü nəzərə almasaq şəxsən tanışlığımız olmayıb. Bir dəfə radioda gördüm, qələm dostumuz, jurnalist İntiqam Mehdizadənin yanına gəlmişdi. Yeridi deyim ki, onun İntiqam müəllimlə yaxınlığı o saatca hiss olunurdu. Ona çox məhrəm görünürdü, İntiqam Mehdizadə bəlkə də yeganə qələm adamı idi ki, Qədirin onnan incikliyi yox idi, onu eşidirdi, suallarına cavab verirdi. O səbəbdən də radionun fondunda bir neçə müsahisəsi qalır. Bir neçə dəfə müşahidə eləmişəm, İntiqamı soruşa-soruşa gəlib tapırdı. Baxmayaraq ki, onun iş otağında dəfələrlə olurdu. “Başına dönüm, İntiqam harda oturur?”.
 İntiqam Mehdizadənin Qədir Rüstəmovla radioda elədiyi bir-iki söhbət nə yaxşı ki, qorunub, saxlanılır. Mən bu verilişi hazırlayarkən o lentləri götürüb qulaq asdım. Böyük bir tarixin bir anınını donduran bu lent yazıları indi nə qədər böyük saxlancdı. Fikirləşirəm ki, İntiqam Mehdizadə uzun illər boyu Azərbaycan Radiosunda çalışıb, sözün həqiqi mənasında külüng çalıb. İtmiş yaddaşımızı bərpa eləyən neçə tarixi şəxsiyyətlərin, Hüseyn Saraclının, Aşıq Əmrahın səslərini lentə köçürüb, tarixləşdirib. Təbii ki, bu görülmüş böyük işlərdi. Mənsub olduğun xalqa xidmətdi. Qədirlə olan müsahibələr, onun musiqisiz oxularını lentə almaq, tarixə çevirmək daha ayrı bir işdi. Çünki Qədiri söhbətə çəkmək, səsini lentə almaq hər oğulun işi deyildi. Həmin lent yazılarında maraq doğuran, onun şəxsiyyətini, kimliyini yaxşı açan məqamlar var. Qədir bir ağız oxu üçün, sözün əsl mənasında ölüb-dirilir. Elə hallar keçirir ki... səsi içindəki yeddi qatın altınnan çıxarır. Əziyyəti göz qabağındadı. Ama istəmir ki, bu vəziyyəti dinləyici bilsin. Tez-tez də soruşur: “Yazılmır ki”. İntiqam müəllim də burda halal sayıla biləcək yalana əl atır. Xətircəm ol,-deyir, Qədir, Nə yaxşı ki, bu yazı prosesi bütünlüklə olduğu kimi lentə alınıb. Qədirin oxuduqları başqa dünyanın səsi idi, –dedik. Özü isə bu maddi, həm də yalançı dünyanın üstündə bir ruh kimi idi, bir ruh kimi də yaşayırdı. Bizimlə üz-üzə olanda da didərgin ruhu Qarabağı dolaşırdı, Ağdamı baca-baca ələk-vələk eləyirdi. Ruhu da, özü də nəhayətsiz azadlıqlar içindəydi.
 Hər bir adamın içində daxili bir “senzura” oturduğu halda, onun daxilində heç nəyə qadağa yox idi. Sözləri, söhbətləri, danışdıqları, təəccübü, oxuduqları içində necə idisə, eləcə də olduğu kimi üzə çıxırdı. Yəqin çox adam belə bir təcrübə eləyib. Öz içində sözsüz, səssiz oxuyursan, özü də kefin istəyən kimi alınır elə bil, ama səsi boğazından çıxarmaq istəyəndə özün də vahimələnirsən. Bunlar içində oxuduqların deyil, heç bir faizi də deyil.
 Yazı adamları da yaxşı bilir. Ürəyindəkiləri kağıza köçürəndə barmaqlarıyın ucuna qədər gələn qısa, əslində çox uzun bir yolda söz gücünün yarıdan çoxu itir. İstədiklərini yaza bilmirsən, bu heç mümkün də deyil.
 Qədir Rüstəmovun səsində, oxusunda belə izafi itki yoxuydu.
 Mən onun oxularının sırf musiqi baxımından məziyyətləri haqda heç nə deyə bilmərəm. Bunlar mütəxəssis işidi. Amma, mənim zənnimcə onun oxuduqları dərdlərimizin bir ayrı biçimdə özüydü, şəkli deyildi. Doğrudanmı dərdlərimiz Allah vergisidi?
 Çox istedadlı, amma kənarda qalan bir şairimiz var. Səməd Qaraçöp. Onun təxmini deyirəm, belə bir misrası var: “şer də neft kimidi, çıxdığı torpağı yandırır şer”.
 Qədirin nə canı vardı, o sinədən o boyda vulkan çıxırdı.
 Bu ötən yayın avqust günlərinin birində iş otağımın qapısı açıldı. Savalanın müşayiəti ilə Qədir Rüstəmov içəri daxil oldu. Çox sevindim, onu xoş-beşlə qarşıladım. Savalanla tanışlığını hiss elədim, daha da sevindim.
 Ordan-burdan söhbət eləmək istədim. Heç ona yazdığım şeri də xatırlamadı.
 –Qədir müəllim, –dedim, sizdən çox yazılıb. Radio, televiziya müsahibələriniz, haqqınızda televiziya filmləri... Seyran Səxavətin yazısından gözəlini bilmirəm. Nəysə başqa bir cavab gözləsəm də hər an qeyri-adi cavablarına alışdığımız bu qeyri-adi adamın şirin, özünə məxsus Qarabağ ləhcəsində dedikləri məni güldürürdü.
 –Əşi, heylə... coxunu özünnən yazıb.
 İçinnən bu şəkildə gələn bu sözlər yadıma düşəndə indi də özümü gülməkdən saxlaya bilmirəm. Onun bu dedikləri bir inciklik, etiraz kimi yox, əslində sözümün təsdiqi kimi göründü.
 Öz içindəki, heç özünə də tam bəlli olmayan, ancaq tanrıya məxsus sirlərin kiməsə əyan ola biləcəyi həmişə adamı qorxudur.
 İndi Savalan danışır, deyir: “Qədir müəllim Qulu Ağsəsdən də yanıqlı danışırdı. Niyəsi də budu ki, o da Qədirdən yazıb, verilişlər eləyib. Onu razı salmayanlar isə, Allah bilir nədi, görünür o da tək Tanrıya bəllidi.
 İstər-istəməz qızırqalanıram: “Rəhmətliyin bu yazımnan xəbəri olsaydı, yəqin ki, məni də topa tutardı...”
 Qədir Rüstəmov qeyri –adi adam idi. İçində tanrıdan aldıqlarını gəzdirən adam idi. Beyninə, ağlına gəlməyən, yatmayan suala: “Heylə, düz gəlmir axı”-deyə son qoyurdu. Ürəyindən olanlara “Noolar”, –deyə cavab verirdi.
 Qədir bu sözləri Xan əmidən eşidib.
 –Elə adam var ki, mənə irad tutur, ayrı söz tapmırsan, –deyir, heylə oxuyursan: “alma almaya bənzər” bəs alma nəyə bənziyəsidi ki,... Mən də deyirəm, neylək sən qulaq asma, mən oxuyanda radionu bağla. Qədirin də oxuduqları xalqdan aldıqları idi.
 Mən də bildiklərimi oxuyuram, oxuyanlardan öyrənmişəm”-deyirdi.
 Qədiri təbdən çıxaranlar ona “böyük sənətkarsan” deyənlər olurdu. “Əşi nə sənətkar, özünüzdən nə uydurursunuz. Oxuyuram da, hamı kimi elə-belə oxuyuram”.
 O, hamı kimi elə-beləmi oxuyurdu?
 Qədir oxuduqlarını yaxşı bilirdi. Oxuduğu xalq mahnılarında xalqın etnik, milli kodlarının saxlandığını da yaxşı bilirdi. Bu ona vergi şəklində verilmişdi. Xalq mahnılarımızda xalqın bütün üstün dəyərlərinin qorunub saxlandığını yaxşı bilirdi.
 Deyir: bir dəfə Əsgəranda toyda idim. Filan erməninin filan dığası qayıtdı ki, Qadir, elə sən bizim mahnıları oxuyursan.
 Day beləsinə nə deyəsən? Əşi, sizin mahnıdısa özünüz də oxuyun da...
 Xalqda bir ala-gül qarğış var: “Çox acılasan deyər: “Səni görüm sümük tök, sümük çıxart”. Ağır qarğışdı. Qədiri dinləyəndə adam sümüyünnən sümük salana dönür.
 O oxumur sanki. Elə bil öz içində ilişib qalan ağrıları qopardıb atmaq istəyir. Ağrılarsa ciyərə yapışıq kimidi, çıxmaq bilmi
#1 - Şubat 08 2012, 14:02:16

Üye:

0 Üye ve 1 Ziyaretçi konuyu incelemekte.